seirler.info
Elə yer var ki həqiqət deyib alqışlanıram
Elə yer var ki, həqiqət deyib alqışlanıram,
Elə yerlər də olur, düz danışıb daşlanıram.
Kim həqiqət danışırsa hədəfi məlumdur,
Mən özüm də o hədəf səmtinə düz tuşlanıram
Səbəbin bilmirəm ancaq dolaşıqdır hər işim,
Görəsən kim tərəfindən, niyə qarğışlanıram?
Lap çəkilsəm dara xoşdur mənə düzgün danışım,
Bütün hər kəlməm həqiqətdir, özüm xoşlanıram.
Ay Iman düzlüyün üstündə ölüm fərq etməz.
Əcəl onsuzda yaxınlıqdadı, ta yaşlanıram.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri