seirler.info
Anaları icad edib
(Aytəkin Səfərəliyeva)
Anam mənim tərs işimi
Milyon kərə avand edib .
Çox acının arasına
Şəkər töküb gülqənd edib.
Yetişdirdi kamalımı
Heç kəsmədi sığalımı
Qolu baglı xəyalımı
Zindanımdan azad edib.
Ağlayıbda gülməyəndə
Addım atıb gəlməyəndə
Mən uçmağı bilməyəndə
Qollarını qanad edib .
Mən anamdan gələn canam
Hər dərdinə özüm yanam
Qırılmasın deyə anam
Ürəyimi polad edib
Saf arzuyla, saf niyətlə
Məhəbbətlə, səadətlə
Min zülümlə, əziyyətlə
Böyüdərək övlad edib
Hər anıma dua eden
Yollarımda gültək bitən
Hər düşəndə qopub gedən
Tərəfimi abad edib.
Ürəyindən verib parə,
Hər dərdimə edib çarə,
Ömür boyu mənə görə
Bu həyatla cihad edib.
Allah sevib ürəklərin
Sonsuz olan diləklərin
Alıb yerdən mələklərin
Anaları icad edib.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri