seirler.info
Arasında
(Aşıq Ələsgər)
Təzə aşnalıqla köhnə dostluğun
Fərqi var qış ilə yaz arasında.
Namərddə qaydadı: kəsər basdığın,
Hər kəs hеsab çəksin öz arasında.
Qüdrətdən ucalan zülm ilə еnməz,
Haqdan yanan çıraq bad ilə sönməz.
Dost dostdan inciyər, qəlbində dönməz,
Olar bir az ərki naz arasında.
Ələsgərəm, qəmü-möhnətdi yüküm,
Fil çəkməz bu dərdi, mən nеcə çəkim?!
Haqq ilə nahaqqı axtaran hakim
Tapar qulaq ilə göz arasında.
_______________________________________________
Teqlər: Aşıq Ələsgər şeirləri,
Aşıq Ələsgər arasında şeiri , şeir , qoşmalar ,
Aşıq Ələsgər qoşmalar, Asiq Elesger seirleri ,
Aşıq Ələsgər müxəmməslər , Aşıq Ələsgər gəraylılar ,
Aşıq Ələsgər təcnislər , super şeirlər, şeirlər ,
Aşıq Ələsgərin qoşma və gəraylıları , seirler
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri