seirler.info
Aşqabad kimi çökdüm
(Sevinc Azadlı)
Sən getdin, çəkdiyin dağ göynətdi həzin-həzin,
Ağılar, bayatılar düşmədi ki, dilimdən.
Mən ağladım həyatın xoşuna gəldi sanki,
Başıma qar ələdi, qisas aldı telimdən.
Kükrədim dəniz kimi, öz sahilimə daşdım,
İtirdim yolağamı, bütün səmtimi çaşdım,
Axtardım səni adam, dərə keçdim, dağ aşdım,
Axır zinhara gəldi ayaqlarım əlimdən.
Anlayanda ki, sənin həyatına bir yükdüm,
Qəfill təlatüm qopdu Aşqabad kimi çökdüm,
Burulğan kimi qalxıb göylərtək leysan tökdüm.
Son nəsibini alıb batdı könlüm lilimdən.
31.10.2024
_______________________________________________
Teqlər: Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri