logo

seirler.info

Axı orda sən varsan

(Sevinc Azadlı)

Sən hər an, hər dəqiqə mənim öz yanımdasan,
Damarımda dolaşan al rəngli qanımdasan,
Görərsən ki, ağlımda, ruhumda, canımdasan 
Əgər xəncər götürüb ürəyimi tən yarsan,
Uzaqları sevirəm axı orda sən varsan 

Sağalmaz mərəz məni yataqlara salıbdır,
Başımın üzərini təbib, loğman alıbdır,
Çarə gəzir gözlərim qapılarda qalıbdır,
Xəstə könlüm istəyən qış dönəmində narsan,
Uzaqları sevirəm axı orda sən varsan.

Ciyərim yanır axı özünə susamışam,
Cümlələrdə bal dadan sözünə susamışam,
Mənimçün yaş axıdan gözünə susamışam 
Əlimin yetmədiyi dağ başındakı qarsan,
Uzaqları sevirəm axı orda sən varsan.

Bizimçün bu döyüşdə bilirsən ki, mən təkdim,
Şumlayıb şübhələri yerinə inam əkdim,
Ümid göyərsin deyə əzab əziyyət çəkdim,
Sən eşq adlı ağacın budaqlarında barsan,
Uzaqları sevirəm axı orda sən varsan.

21.09.2024 
 



  
_______________________________________________
Teqlər:
Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər