logo

seirler.info

A yara məndən

    (Aşıq Ələsgər)

    Müxənnət, seyraqub, xainü xəbis
    Nə yaman qandırıb a yara məndən.
    Lənətullah, ləin, şeytani-iblis
    Nə dedi, dost kəsdi ay ara məndən.
    
    Məcnun "Leyli" deyib, bu dağı bilər,
    İçən zəhrin dadın, budu ağı, bilər.
    Gəzən ürəyimdə bu dağı bilər,
    Arayıb axtarsan, ay ara məndən.
    
    Ələsgər, təqsirin oldu nə, ayə?
    Kim inansın, qəsəm edim nə ayə?
    Bu ahım qalmasın ilə, nə ayə,
    Sağalmaz bu düyün, a yara məndən.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər