logo

seirler.info

Azadlığı istəmirəm zərrə-zərrə,qram-qram...

    (Xəlil Rza Ulutürk)
    
    Azadlığı istəmirəm
    Zərrə-zərrə, qram-qram
    Qolumdakı zəncirləri qıram gərək
    Qıram! Qıram!
    Azadlığı istəmirəm
    Bir həb kimi, dərman kimi
    İstəyirəm səma kimi,
    Günəş kimi,
    Cahan kimi:
    Çəkil, çəkil ey qəsbkar:
    Mən bu yurdun gur səsiyəm:
    Gərək deyil sısqa bulaq,
    Mən ümmanlar təşnəsiyəm.
  
  

    ______________________________________________
    Teqlər:  Xəlil Rza Ulutürk şeirləri, 
    azadlığı istəmirəm zərrə-zərrə qram-qaram,
    azadligi istemirem zerre zerre qram qram,
    Xəlil Rza vətənpərvərlik şeirləri, 
    xəlil rza azərbaycan şeiri,şeirlər
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər