seirler.info
Azərbaycan
(Nəriman Həsənzadə)
Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,
Yağılara baş əyməyib Azərbaycan qəhrəmanı.
Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı,
Nəsillərə yadigardı, zaman yazdı bu dastanı.
Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız,
Azadlığı, səadəti qorumaqdı qərarımız.
Respublikam – ana torpaq, qədim Odalar diyarımız!
Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız.
Üç rəngdədi bayrağımız, qalxan bayraq enən deyil,
Mərd oğullar dar ayaqda öz andından dönən deyil.
O vətən ki, tapdalanır ayaq altda, vətən deyil,
O torpaqda bağ becərsən, ot göyərib bitən deyil.
Ana Kürün, Xan Arazın böyümüşük laylasına,
Sərvətimiz ayna tutub göy Xəzərin aynasına.
Dünya baxsın – tarix olmuş Azərbaycan dünyasına,
Mübarizə zinət verir ömrün-günün mənasına.
______________________________________________
Teqlər: Nəriman Həsənzadə şeirləri,
Nəriman Həsənzadə Azərbaycan şeiri, seirler,
şeirlər, şeir, Azerbaycan seiri,
neriman hesenzade azerbaycan seiri,
Hər millətin, hər torpağın öz adı var
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri