logo

seirler.info

Bəsdir, ağlama, ağlama

    (Nüsrət Kəsəmənli)
    
    Yenə nədir bu qəm, kədər?
    Ürək, ağrıma, ağrıma.
    Qoy bu yaşıl biçənəyi
    Basım bağrıma, bağrıma.

    Öpüm bulaq dodağını,
    Əyim iydə budağını,
    Bir cüt yarpız yarpağını
    Qoyum ağrıma-ağrıma.

    Getsəm səni həsrət sıxar,
    Dağlar sözlü-sözlü baxar,
    Qalaram, yaxşılıq çıxar
    Mənim uğruma-uğruma.

    Bəlkə yaddan çıxıb adım,
    Zirvələrə çıxammadım,
    Bu kənd mənə baxammadı,
    Baxsın oğluma, oğluma.

    De, bu yurda varmı sözün?
    Gözəlliyi yığsın gözün.
    Dağlara dirənib üzün,
    Bəsdir, ağlama, ağlama...
  
  
  
    ___________________________________________
    Teqlər:  Nüsrət Kəsəmənli şeirləri ,
      Nusret Kesemenli, seirler,
      Nusret Kesemenli seirleri,
      bəsdir ağlama şeiri, besdir aglama,
      Nüsrət Kəsəmənli bəsdir ağlama, ağlama, 
      ayrılıq şeirləri, şeir,
      sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər