logo

seirler.info

Sevgili canan

    (Nizami Gəncəvi)

    Hüsnün gözəl ayətləri, ey sevgili canan!
    Olmuş bütün aləmdə sənin şəninə şayan
    
    Gəl eylə inayət, mənə ver busə ləbindən,
    Çünki gözəlin busəsidir aşiqə ehsan.

    Sordum ki, “könül hardadır” aldım bu cavabı.
    “Heç sorma, tapılmaz onu axtarsa da insan”.

    Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
    Kim, qanım ilə əl yuma, ey afəti-dövran!

    İnsafın əgər varsa, açıq de, bu Nizami,
    Sənlə necə rəftar eləsin, ey mahi-daban?

    Gəl söylə, cavabın nə olar, sorğu zamanı,
    Əhvalımı səndən soruşarsa Qızıl Arslan? 



    _____________________________________
    Teqlər:  Nizami Gəncəvi şeirləri və qəzəlləri ,
    Nizami Gəncəvi sevgili canan qəzəli,
    Nizami Gəncəvi qəzəlləri,
    Nizami Gencevi seirleri, qezel,
    Nİzami sevgili canan, qəzəllər, 
    sevgili canan, sənsiz qəzəli,
    klassiklər, klassik ədəbiyyat