logo

seirler.info

Çiynimdə bir telin gəlib mənimlə

    (Nüsrət Kəsəmənli)
    
    Çiynimdə bir telin gəlib mənimlə,
Dolanıb boynuma, aça bilmirəm.
Bir ucu cəhənnəm, bir ucu cənnət,
Mən bu qil körpünü keçə bilmirəm.

Çiynimdə bir telin gəlib mənimlə,
Ümidsiz sevginin son ahı kimi,
Köksümə baş qoyub ağlayır, sanki
Bir qızın düzəlməz günahı kimi.

Çiynimdə bir telin gelib mənimlə,
Bu gecə telinə qısılacağam,
Götürüb atmağa əlim gəlməyir,
Görsələr telindən asılacağam.

Çiynimdə bir telin gəlib mənimlə.
Çiynimdə elə bil mələk tükü var,
Yandırsam özünü yetirəcəksən,
Tel deyil, çiynimdə simurq tükü var.

Çiynimdə bir telin gəlib mənimlə,
Öpüb oxşayıram mən sevə-sevə,
Meydan oxuyuram yoxsa ölümə,
Kəfənim boynumda gəlmişəm evə.

Çiynimdə bir telin gəlib mənimlə,
Bir yükün altında sanki çökürəm.
Bir nur mənbəyisən, hamıdan gizli
Səndən evimizə işıq çəkirəm.

Çiynimdə bir telin gəlib mənimlə,
Durnadır qatardan ayrılıbdı o,
Evimdən ülfəti kəsməyə hazır,
Qılınctək qınından sıyrılıbdı o.

Çiynimdə bir telin gəlib mənimlə,
Səfamı, cəfamı gətirəcəkdir?
Hardansa bir qartal şığıyıb, bəlkə
Yuva qurmaq üçün götürəcəkdir.

Çiynimdə bir telin gəlib mənimlə,
Bu gecə yuxuma olacaq qənim.
Bu gecə bir telin gəlib mənimlə,
Bu gecə telinə qurbanam sənin.


_____________________________________
Teqlər:  Nüsrət Kəsəmənli şeirləri , 
Nusret Kesemenli, seirler,
Nusret Kesemenli seirleri,
çiynimdə bir telin gəlib mənimlə,
ciynimde bir telin gelib menimle,
Nüsrət Kəsəmənli çiynimdə bir telin, 
ayrılıq şeirləri, şeir,
sevgi şeirləri, super şeir

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər