Darıxır
(Elvin Elxanoğlu)
Nə gözəl günlərdi yaşadığımız,
Sənli günlər üçün zaman darıxır.
Bu ürək daş deyil, biləsən, zalım,
Burda bir adam var, adam darıxır.
Yoxluğun zülmətə salıbdı məni,
Sənsizlik yandırıb yaxıbdı məni.
Tənhalıq, inan ki, yıxıbdı məni,
Ən çox da sol yanım – buram darıxır.
Sənintək qəlbimi qıran olmayıb,
Getdin, qəlbimdəki yerin dolmayıb.
Ürəkdə sevgiyə inam qalmayıb,
Qorxuram əlimi vuram, darıxır.
Kaş ki o günlərə dönə biləydik,
Kaş bu ayrılığı yuxu görəydik.
Bəlkə də biz xoşbəxt ola bilərdik,
Şairdə yox daha inam, darıxır.
Nə gözəl günlərdi yaşadığımız,
Sənli günlər üçün zaman darıxır.
Bu ürək daş deyil, biləsən, zalım,
Burda bir adam var, adam darıxır
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri