logo

seirler.info

Deməliydim

(Sevinc Azadlı)

    Nəsə deməliydim sənə o axşam,
    Getmə deməliydim, qal deməliydim!
    Fərman ver, hökm oxu, dar ağacı qur,
    Boynuma kəndiri sal deməliydim,
    Canımı əlinlə al deməliydim!
    
    Məni olmamışdı heç belə yıxan,
    İncidib qəlbimi, köksümü sıxan,
    Duzu üz-gözümü yandırıb yaxan,
    Həsrət şərbətinə bal deməliydim?!
    Canımı əlinlə al deməliydim!
    
    Mən piyada oldum, sən isə atlı,
    Mən hüz(ü)n içində, sən toy -büsatlı,
    Sənlə mənim başım zirvəyə çatdı,
    Al məni yerlərə çal deməliydim,
    Canımı əlinlə al deməliydim!
    
    27.02.2025
    
 



  
_______________________________________________
Teqlər:
Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər