logo

seirler.info

Tək qalma sıxar qəlbini mənzildə divarlar

   
    Tək qalma sıxar qəlbini mənzildə divarlar,
Boş mənzilə nisbətdə gözəl yerdi məzarlar.

Təklikdən uzaq dur, o təlatümlü dənizdir,
Mütləq boğar axırda səni dərdi-qubarlar.

Ancaq tapılar dərdə şərab ilə təsəlli,
Hər günsə içənin çürüdər canın azarlar.

Heç doğmaların da qapı döyməz, səni sormaz
Paslı qıfıl üstündə də tərpənməz açarlar.

Paltarı qırış, çəkməsi toz torpaq içində,
Tənha yaşayanlar səfil halında olarlar.

Fərz etsən əgər ismini xatırladı kimsə,
Bir zərrə ümid səndə qığılcım kimi parlar.

İman kiməsə təkliyini eyləmə bəlli
Qoyma sənə rişxənd eləsin mərdi-məzarlar.


#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər