seirler.info
Dön
(Aytəkin Səfərəliyeva)
Günahsız sevgini belə öldürmə
Ölsəndə ölümün qəfilinə dön.
Apar ayrılığı öldür kənarda
Dönürsən ayrılıq qatilinə dön.
Getmək istəyənə qapı açarsan
Gəlmək istəyən işıq saçarsan.
Tək çıxıb getməyə nə var bacarsan
İkinci birə vur hasilinə dön.
Dünyanın malına tamahımda yox
Ən pis düşmənə də zərrə ahım yox.
Məni yoxluğuna inandırma çox
Qayıt inancının batilinə dön.
Heç kimə atmağa daş istəmirəm
Gözümdən sən tökən yaş istəmirəm
Çox qış yaşamışam qış istəmirəm
Ömrün çiçək açan fəslinə dön.
Qəlbim evim olsun içinə sən dol!
Könüldən könülə çəkilərmiş yol,
Sevgin zəngin olsun varlı biri ol!
Təkcə mənsizliyin səfilinə dön.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri