logo

seirler.info

Dünən toyun idi

    (Nüsrət Kəsəmənli)
    
    Sağlıqlar deyildi çığır- bağırla,
    Üşüyən qəlbinə girən oldumu?
    Gözündən qəlbinə düşən cığırla
    Axan göz yaşını görən oldumu?!

    Sağlıqlar uzandı...
    səhərə kimi
    Çalıb-oynadılar,kef eylədilər.
    Çırpıb pillələrə son ümidim
    "Vağzalı" üstündə dəfn eylədilər.

    Son ümid!
    O məni gərəyim idi...
    Yoluna şam tutdu neçə qız- gəlin
    Şam deyil.
    o mənim ürəyim idi;
    Son dəfə yanırdı yolunda sənin.

    Getdin...
    O köhnə yol nur yolu idi...
    İzin düşən yerdə gül açmadı ki?!
    Özgəylə keçirdin o yolu indi,
    Ayağın altından yer qaçmadı ki?!

    Bu yollar nə yaman vəfasız imiş,
    Niyə çiliklənib tökülmədilər.
    Düşüb qədəminə hər yoxuş, eniş
    Niyə ürəyimə çəkilmədilər...

    Başına gül- çiçək səpdilər o gün,
    Alışan qəlbinə su səpmədilər.
    "Get" deyib 
    alnından öpdülər o gün
    Sınıq taleyini duzəltmədilər...

    Güldün...
    gülüşünun ömrü çox qısa
    Bir həsrət axırdı qanında sənin.
    Orda bütün yerlər tutulmuşdusa
    Yerim görünürdü yanında sənin.

    Dünən toyun idi...
    Xoşbəxt olasan!
    Görünür bu bizə qismət deyilmiş
    Unut!
    Elə bil ki,
    sevdiyin oğlan
    Getdiyin oğlanmış,
    Nüsrət deyilmiş...
  
  
    _____________________________________
    Teqlər:  Nüsrət Kəsəmənli şeirləri , 
    Nusret Kesemenli, seirler,
    Nusret Kesemenli seirleri,
    dünən toyun idi, dunen toyun idi,
    təsirli şeir dünən toyun idi,
    Nüsrət Kəsəmənli dünən toyun idi, 
    ayrılıq şeirləri, şeir,
    sevgi şeirləri, super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər