seirler.info
Əfsanə şairi
(Məhəmmədhüseyn Şəhriyar)
Gəl bu hicran dərdini Nima, çəkək bir yerdə biz,
Həmfikir, həmdərd olaq, məskən salarsaq harda biz.
Qaf dağından son yol aç, mən bu kahadan, birləşək,
Eylə gülsün bəxtimiz, ayrılmayaq heç yerdə biz.
Eylədi gözdən bizi bu ərşə qalxan tüstülər,
Bir iştq tapsaq, yəqin ki, düşmərik bil, dərmə biz.
Bu çırağın nuruna nurlandı tək eyvanımız,
Qəsrlərdə şam kimi yandıqca qaldıq darda biz.
Od salıbdır sinəyə bir də pərişan şanələr,
Gəl pərişanlıq alaq bu şanələrdən burda biz.
Mən də səntək almışam əfsanələrdən ilhamı,
Düşməyək kaş ki uzaq ilhamdan, olsaq harda biz.
Verdilər eşqin camından qətrə-qətrə bizlərə,
Gəl quraq məclis bu rindlərlə xeyirdə-şərdə biz.
Bil ki, mərdlikdən deyil, döndərsək üz meyxanədən,
Çünki örnək olmuşuq, örnək olaq hər mərdə biz.
Gəl ki, bu meyxanəyə çökmüş sükutu sındıraq,
Heç rəvamı olmayaq sadiq belə tədbirdə biz.
Gizlidə gülmək gərək divanənin fəryadına,
Bil ki, bu hikmətlərə olmaz çəkərsək pərdə biz.
Dünyanın boynundakı muncuq da gildəndir, fəqət,
Ondakı mənanı çox müşküldü tapsaq zərdə biz.
Hər gözəl bil, tərif ilə yüksələ bilməz yəqin,
Özgə bir məna gəzək hər ləldə, hər gövhərdə biz.
Biz ki, bülbül olmadıq, bağ-bağçalarda gəzmədik,
Bəlkə viranlıq gəzək bayquş kimi hər yerdə biz.
Neyləyək, pərvanə tək yanmaqda aciz olumuşuq,
Şam olaq, matəm tutaq pərvanəyə gəl bir də biz.
Bu çəkilməz dərdlərə yadlar uzaqdan güldülər,
Dərdmənd olduq fəqət, hər dərdliyə, hər fərdə biz.
Körpətək vardır gülən, hər kəlməni hədyan sanan,
Gəl ki, bu nadanların dərsin verək şerdə biz.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri