logo

seirler.info

Elə

(Aytəkin Səfərəliyeva)
    
Daha gecdir bir də gəlmə
Əhvalımdan xəbər bilmə
İstəmirəm heç vaxt ölmə
Yoxluğumdan sürün elə.

Qulaq batan səssizlikdən
O tay, bu tay sənsizlikdən
Üşüyəndə mənsizlikdən
Yoxluğuma bürün elə.

Sərhədləri yıxıb gəlləm
Nəyim vardı yığıb gəlləm
Ölsəm belə çıxıb gəlləm
Məzarımı dərin elə.

And-amanı pozmayacam
Səni xeyrə yozmayacam
Bir də sənə yazmayacam
Ürəyini sərin elə.

Hər arzumdan mən keçərəm
Dərt çəkərəm, qəm çəkərəm
Acısını mən içərəm
Sən çayını şirin elə.




  
_______________________________________________
Teqlər:
Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər