seirler.info
Əlvida demirəm görüşəcəyik
(Nüsrət Kəsəmənli)
İndi gözümüzdə həsrətin çəni,
Hicran yaman yerdə haqladı məni,
Bu kədər yağışlı ayrılıq günü,
Əlvida demirəm görüşəcəyik.
İndi ayrılırıq biz için-için,
Sonu gələcəkmi bu qəmli köçün,
Hələlik deyirəm təsəlli üçün,
Əlvida demirəm görüşəcəyik.
Bu qəmin əlində sola bilmərik,
Başqa bir sevgidə yana bilmərik,
Mən sənsiz, sən mənsiz qala bilmərik,
Əlvida demirəm görüşəcəyik.
Gəldi bu ayrılıq dərd qada kimi,
Batdıq qəm gölündə bir ada kimi,
Son nəğmə kimi, son səda kimi,
Əlvida demirəm görüşəcəyik.
Qalandım məhəbbət ocağına mən,
Nə deyim sevginin bu çağına mən?
Bu inadı həsrət acığına mən,
Əlvida demirəm görüşəcəyik.
_________________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli, seirler,
Nusret Kesemenli seirleri,
Əlvida demirəm görüşəcəyik,
elvida demirem goruseceyik,
ayrılıq şeirləri, super şeir,
Nüsrət Kəsəmənli əlvida demirəm,
sevgi şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri