logo

seirler.info

Aldanmaram ki, doğrudur ayinin, ey əmu

    (Mirzə Ələkbər Sabir)

    Aldanmaram ki, doğrudur ayinin, ey əmu!
    Kəssin məni, həqiqi isə dinin, ey əmu!
    
    İmanına qəsəmlə çapırsan cəmaəti,
    Quldurçuluq tüfəngimdir dinin, ey əmu!
    
    İmanına qəsəmlə çapırsan cəmaəti,
    Quldurçuluq tüfəngimidir dinin, ey əmu?
    
    Qəlbin kimi siyah edəməzsən məhasinin,
    Cumma hənaya boşla bu təlvinin, ey əmu?
    
    Sövmü səlatdan sənə gər çıxmasaydı pul
    Olmazdı bunca zəhmətə təmkinin, ey əmu?
    
    Tikmə namazını gözümə bir cida kimi,
    Göstər müamiləndəki təyinin, ey əmu!
- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 105 ______________________________________________ Teqlər: Mirzə Ələkbər Sabir şeirləri, Mirzə Ələkbər Sabir ey əmu şeiri, şeirlər, ey emu seiri mirze elekber sabir, seirler

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər