logo

seirler.info

Yarın belə bir fikri var


    Yenə dindirdi məni tənəli bir naz ilə yar,
    Süzülən göz-qaş ilə, incimiş avaz ilə yar.

    Hər ota, hər çicəyə, yarpağa paylar gülüşün,
    Bülbülə zülm eləyir, düşmən olub yaz ilə yar.
  
    Getsə də qəlbi, gözü axtarar həsrətlə məni,
    Qorxuram fikr çəkə, telləritək nazilə yar.

    Görməmiş lalə dağı faləyanaq el gözəli,
    "Olar"a bəli demir, nazlanır "olmaz" ilə yar.

    Belə rəftar eləməz eşq ilə yansa ürəyi,
    Çalmamış həsrətini yanğılı bir saz ilə yar.

    Gəzir azadə küləklər kimi, almır sözümü,
    İki dünyanı alar mən verən almaz ilə yar.

    Mən ədalət yolunun carçısıyam zülm çağı,
    Başa düşsün də, öyünsün belə ecaz ilə yar.
    
    İstərəm ki, qoşa görmək diləsin Şəhriyarı
    Qocaman mürşüdümüz Hafizi-Şiraz ilə yar.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər