logo

seirler.info

Xoş gəlmisən, ömrüm-günüm

    (Xəlil Rza Ulutürk)
    (Həyat yoldaşı Firəngiz xanıma yazdığı şeir...)
    
    Xoş gəlmisən, ömrüm-günüm,
    Xoşbəxtliyim, səsim-ünüm.
    Nəfəs dər, başına dönüm,
    Bu gəlişin hünər oldu.
    
    İşıqlan, ey könlüm-gözüm,
    Sübh açıldı, səhər oldu.
    Çin çıxacaq yuxum bugün,
    Mənim yarım gələr oldu.
    
    Bu gəlişin heyranıyam,
    Qədəminin qurbanıyam.
    Bir saatlıq mehmanıyam,
    Bəxtim yenə gülər oldu.
    
    Oxşayacam tellərini,
    Sıxacağam mərd əlini.
    Öz könlünün həmdəmini,
    Dustaq bir də sevər oldu... 
  
  

    ______________________________________________
    Teqlər:  Xəlil Rza Ulutürk şeirləri, 
    Xəlil Rza Ulutürk Xoş gəlmisən, ömrüm-günüm, 
    xos gelmisen omrum gunum seiri xelil rza uluturk, 
    seirler,sevgi şeirləri, şeirlər, sevgi şeiri, 
    xəlil rzanın həyat yoldaşı firəngiz xanıma yazdığı şeir
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər