seirler.info
Heyif o sevgiyə, o məhəbbətə
(Nüsrət Kəsəmənli)
O yalançı illər günə dəyməzmiş,
Gül verdim, verdiyim gülə dəyməzmiş,
Gözümdə çağlayan selə dəyməzmiş,
Heyif o sevgiyə, o məhəbbətə.
Bir dəfə ürəkdən gülə bilmədim,
Könlümü kimsəyə verə bilmədim,
Səndən başqasını sevə bilmədim,
Heyif o sevgiyə, o məhəbbətə.
Sənsiz gecələrim yuxu bilmədi,
İçimdə alışan ahı bilmədi.
Mən bildim, sən bildin, çoxu bilmədi,
Heyif o sevgiyə, o məhəbbətə.
Özümün özümdən acığım gəlir,
Dostlarım kədərli,düşmənim gülür.
Ölən sevgimizə yazığım gəlir,
Heyif o sevgiyə, o məhəbbətə.
Sultanlıq taxtımız devrildi necə,
Küləksiz, tufansız sovruldu heçə.
O sevgi nifrətə çevrildi necə,
Heyif o sevgiyə, o məhəbbətə...
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli , seirler ,
Nusret Kesemenli seirleri ,
heyif o sevgiyə şeiri , heyif ,
heyif o sevgiyə o məhəbbətə ,
Nüsrət Kəsəmənli heyif o sevgiyə ,
ayrılıq şeirləri , şeir ,
sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri