seirler.info
İkimizin yerinə
(Nüsrət Kəsəmənli)
Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.
Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.
Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm.
Dodaqları inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerinə...
Taleyimdə sən açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə.
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə...
________________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli , seirler ,
Nusret Kesemenli seirleri ,
ikimizin yerinə şeiri ,
mən sevərəm ikimizin yerinə ,
Nüsrət Kəsəmənli ikimizin yerinə ,
ayrılıq şeirləri , şeir ,
sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri