logo

seirler.info

İnanma

(Aytəkin Səfərəliyeva)
    
Nə qədər vəzifə sevdalısı var
İnsan əzə-əzə başda oturub.
O qədər vəzifə sahibi var ki,
Quru məzarlıqda daşda oturub.

Yalanın kölgəsi özün qorxudar
Doğru səbr eyləyib, bəhrəsin görər.
Dünyanın malına tamah edənlər,
Allahın qəzəbli çöhrəsin görər.

Taxtalar çürüyər, dəmir pas tutar.
Yetimə yaxın gəl deyən çox olar.
Mən axı görmüşəm çətinə düşsən
Uzaq da, yaxın da qaçıb yox olar.

Hər qara geyinən düşməm sayılmaz
İmamı qırmızı geyən öldürüb.
Hər dosta inanma keçib arxaya,
Arxanda mən varam deyən öldürüb.



  
_______________________________________________
Teqlər:
Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər