seirler.info
Kimi
(Aytəkin Səfərəliyeva)
Nə deyim bilmirəm sözlərim soyuq,
Baxışım buz tutub, könül qış kimi.
Ürəyim yanına köç edə bilər,
Soyuqdan istiyə uçan quş kimi.
Ömrümün çoxusun etmişəm yarı
Heç yolum düşmədi Sevincə sarı
Arabir gözündən süzülüm barı
Düşüm yanağına sənin yaş kimi.
Toxunar doğrunun yalana sözü,
Sönməz məhəbbətin bir ömür közü
Üzünə partlayar kədərin közü
Bəxtsiz üzüyüdə incə qaş kimi.
Həsrətin divarın sökmək olaydı
Qəlbinə sevgini əkmək olaydı.
Kaş ağrı verəndə çəkmək olaydı
Eşqi ürəyindən çürük diş kimi.
Çox sevmək ömrünü eyləyər hədər
Sevgini verəsən dəyəri qədər.
Mən sənə eşq verdim sən mənə kədər,
Gəl indi qaytaraq başabaş kimi.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri