logo

seirler.info

Mən olmadım ki

    (Nüsrət Kəsəmənli)
    
    Ömrümün gül açan bahari gəldi, 
Pərişan sən oldun, mən olmadım ki, 
İllərin əl çatmaz həsrət oduna, 
Alışan sən oldun, mən olmadım ki.

Dünyanı dolaşan izim qayıtdı, 
Gəldin ürəyimə yazım qayıtdı. 
Özün küsüb getdin,özün qayıtdın, 
Barışan sən oldun, mən olmadım ki.

Heç bilmirəm nə deyim bu gəlişinə, 
Yad olmuşdum hər sevincə gülüşə,
Bu sevgini dastan edib həmişə, 
Danışan sən oldun, mən olmadım ki.

Gülə-gülə yola saldım  illəri, 
Sənsiz açmaz baharımın gülləri. 
Məni anıb gecə gündüz çölləri, 
Dolaşan sən oldun,mən olmadım ki...



__________________________________________
Teqlər:  Nüsrət Kəsəmənli şeirləri , 
        Nusret Kesemenli , seirler ,
        Nusret Kesemenli seirleri ,
        mən olmadım ki şeiri , men olmadim ki ,
        alışan sən oldun, mən olmadım ki ,
        Nüsrət Kəsəmənli mən olmadım ki şeiri , 
        ayrılıq şeirləri , şeir ,
        sevgi şeirləri , super şeir


#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər