seirler.info
Ayrılıq məşqi
Eşqin əzablarına öyrədir hicran məni,
Div ayrılıq eyləmiş qanıma qəltan məni.
Ay üzlüm, tanrı şahid, vəfasız olsam sənə,
Andımız eyləyəcək yer ilə yeksan məni.
Ayrılıq qılıncımn tiyəsi başım üstə,
Nalədən kam almağa çağırır dövran məni.
Hicran şagirdiyəm mən, tapşırıq dəftərim var,
Müsibət müəllimim eylər imtahan məni.
Bəlkə də şair təbi ayrılıqdan yaranmış,
Bu pərdənin dalında görərsən nalan məni.
Şəfa qılmadın mənə, ey daş ürəkli təbib,
Eşqin cəfakeşiyəm, sağaltmaz dərman məni.
Saçların kəməndinə özüm könüllü düşdüm,
Biryolluq verim sənə, incitməsin can məni.
Bu tamah iblisinə qulaq assam incimə,
Gözəllərin qəlbinə etmiş hökmüran məni.
Torpaq eşqi fələyin fərmanına baş əyir,
Özünə Allah eylər gecə asiman məni.
Ucaldar eşqimizi göyə tanrı camalın,
Bu yollarda görərsən yorulmaz sarvan məni.
Qayığım gözəl aydır, qızd buludlar avar,
Qular kimi üzürəm, çağırır ümman məni.
Ayrılıq sərxoşuyam, sözlərimdən incimə,
Şəhriyaram, bu sayaq yaratdı cahan məni.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri