logo

seirler.info

Nə biləydik

    (Nüsrət Kəsəmənli)
    
    Nə biləydik bu sevginin sonu yox,
    Nə biləydik dünya belə dönəcək.
    Nə biləydik sevgi adlı bu qonaq
    İkimizin aramızda öləcək...

    Ulu sevgi göydən yerə endimi,
    Nə dayandı yolumuzun üstündə?
    Bu məhəbbət soyuduqca,sən demə,
    Can verirmiş qolumuzun üstündə.

    Hər görüşə sürünürdü ayaqlar...
    O çəmənlər bir baharlıq səməni.
    Dodaqları yandıranda dodaqlar
    Ürəyimiz üşüyürmüş,deməli.

    Əyləncələr qoymadı ki,göz açaq,
    Hər istəyi bir beləcə bitirdik.
    Payız gəldi toy-bayramla,biz ancaq
    Yarpaq-yarpaq günümüzü itirdik.

    Şirin oldu yalanların zəhəri,
    Həqiqəti gizləmişik həmişə.
    Sevgililər oyaq açdı səhəri,
    Biz axşamı gözləmişik həmişə...

    Yuxu gördük...gah qorxulu,gah da şən,
    Boğdu bizi tərəddüdlər axarı.
    Yuxularda əllər gördük birləşən,
    Ha yozduqsa hicran oldu axırı.

    Nə biləydik bu sevginin sonu yox,
    Nə biləydik dünya belə dönəcək.
    Nə biləydik sevgi adlı bu qonaq
    Üzümüzə baxa-baxa öləcək...
    
  
  
    _____________________________________
    Teqlər:  Nüsrət Kəsəmənli şeirləri ,
            Nusret Kesemenli , seirler ,
            Nusret Kesemenli seirleri ,
            Nə biləydik şeiri , ne bileydik ,
            nə biləydik bu sevginin sonu yox , 
            ayrılıq şeirləri , şeir ,
            sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər