logo

seirler.info

Nələrsə əsir qalıb

(Sevinc Azadlı)

Düşübdür bu dünyanın çoxlu yükü çiynimə,
Gündüzlər rahatlığım, gecələr yuxum qaçıb.
Hamının qismətinə hüzurdan don biçilib,
Mənə dəli bir həyat həvəslə qucaq açıb.

Vurub, bölüb, çıxıram sonra üstə gəlirəm,
Haqq-hesabım qarışıb, cavabım kəsir qalıb.
Hərşeydən söhbət salıb yersiz çox danışıram,
Yenə də ürəyimdə nələrsə əsir qalıb.

Dünənə boylanıram, sabaha can atıram,
Müqayisə edirəm keçmişlə bu günümü.
Güləcəkmi görəsən bəs üzümə gələcək,
Gözümə tor gəlibdir görəmmirəm önümü.

Ələ salır taleyim, büdrədir ayağımı,
Arsızca davranıram, lal, kar, kor oynayıram.
Qəzayla didişirəm, əcəllə savaşıram, 
Adamlar evcik- evcik, mən gor-gor oynayıram.
 
20.12.2024

 
 



  
_______________________________________________
Teqlər:
Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər