logo

seirler.info

O adamam

    (Rəşad Azəri)

    Bu sevdanın sövdəsinə qol çəkən,
 Bu könüldən o könülə yol çəkən,
 Acıların üzərinə bal çəkən 
O adamam...

 Arzuları, ümidləri boş olan,
 Naəlacın əlacına baş olan,
 Ağlayanın gözlərinə yaş olan 
O adamam...

 Dərdlilərin dərdin qəlbə ötürən,
 Dünya yükün öz çiyninə götürən,
 Haqsızları haqq yoluna gətirən 
O adamam...

 Düşməninə yara vurub dağlayan,
 Həyatını sevgisinə bağlayan,
 Röyasında şeir yazan, ağlayan 
O adamam... 



  
_______________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər