logo

seirler.info

Birdə o illərə qayıtmarıq biz

    (Elvin Elxanoğlu)
    
    Gözümdə canlandı ötən illərim, 
    Birdə o illərə qayıtmarıq biz. 
    Nə gözəl günlərdi keçən günlərim,
    Birdə o illərə qayıtmarıq biz. 
    
    Heç vaxt unudulmaz o yaşananlar, 
    Xatirəyə dönür ən gözəl anlar.
    Hər şey gözəl idi bax o zamanlar, 
    Birdə o illərə qayıtmarıq biz.
    
    O vaxtlar sağ idi baba-nənəmiz, 
    Oynamaq olardı tək düşüncəmiz, 
    İnsanlar saf idi, niyyətlər təmiz. 
    Birdə o illərə qayıtmarıq biz. 
    
    Sim maşın sürərdik, sanki sürərdik, 
    Bənövşə oynayıb bəndə düşərdik. 
    Kaş ki, uşaqlığa dönə bilərdik,
    Birdə o illərə qayıtmarıq biz. 
    
    Sinif yoldaşları, məktəb illəri, 
    Unutmaq olarmı müəllimləri?! 
    Son zəng tamam ayrı saldı bizləri, 
    Birdə o illərə qayıtmarıq biz. 
    
    Unutmaq olarmı ilk məhəbbəti?
    İlk sevgi ürəkdə qalır əbədi. 
    Artıq neyləsəkdə alınmaz qəti, 
    Birdə o illərə qayıtmarıq biz. 
     
    Ağlına gəlməyən, gəlir başına, 
    Hər ötən il yaş gətirir yaşına, 
    Gəlirsən ömrünün payız, qışına. 
    Birdə o illərə qayıtmarıq biz...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər