seirler.info
Öldürür
(Aşıq Ələsgər)
Dərdim çoxdu, dindirməyin, həzarat!
Məni bir alagöz ceyran öldürür.
Qılıncsız, tüfəngsiz alır canımı,
Kimsə bilmir, pünhan-pünhan öldürür.
Heç bilmirəm neyləmişəm, neylərəm,
Xəncər alıb, qara bağrım teylərəm,
Bir canım var, yara qurban eylərəm,
El desin: "Aşiq də qurban öldürür".
Ələsgərəm, bir gözələ mehmanam,
Ölməyincə çətin dönəm, usanam.
Əzrayılı qanlı tutmasın anam,
Məni bir kirpiyi peykan öldürür.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri