seirler.info
"Öləndə şairi söz ilə yuyun"
(Sevinc Azadlı)
Haqqın ədalətin özü olubdur,
Dolanbac hislərin düzü olubdur,
Ən yaxın sırdaşı sözü olubdur,
"Öləndə şairi söz ilə yuyun".
Çoxu şair dedi ağzını büzdü,
Eyhamlar, tənələr qəlbini üzdü,
Könlünün ən ağır yükü də sözdür,
"Öləndə şairi söz ilə yuyun".
Qüdrəti, qüvvəti, təpəri sözdür,
Atılan oxlara sipəri sözdür,
Həyəti, eyvanı, çəpəri sözdür,
"Öləndə şairi söz ilə yuyun".
Söz könül mülkünün başına tacdır,
Nizəyə gərək yox, düz sözü bacdır,
Nə qədər yazsa da ruh gözü acdır,
"Öləndə şairi söz ilə yuyun".
Soruşmayın nədən, deməyin nəyçün?
Siz Allah qanundan, qaydadan keçin,
Kəfən köynəyini sözlərdən biçin
"Öləndə şairi söz ilə yuyun".
02.09.2024
_______________________________________________
Teqlər: Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri