logo

seirler.info

Bir ovuc torpaq

(Aytəkin Səfərəliyeva)
    
Mənə bir ovuc torpaq gətirin
Bir ovuc Xocalıdan,
Bir ovuc Kəlbəcərdən,
Bir ovuc da Şuşadan.
Şəhidlərin qanının axdığı yerdən olsun.
Ayağının dəydiyi,
Xudayarın təsnifi qulağına toxunan,
Üzü zəfər qibləsinə çevrilən,
Rəng ruhundan dövlət himni oxunan,
Bir ovuc torpaq gətirin.
Bir ovuc Qubadlıdan,
Bir ovuc Xocavənddən,
Bir ovuc da Ağdamdan.
Bu vətənin qəlbinin ən yaralı yerindən,
Səndən ,məndən ,sizdən, bizdən
Neçə ildi ayrı düşən ən paralı yerindən,
Savaşların ortasından,
Qatı açılmayan tarixlərin ən qaralı yerindən,
Bir ovuc torpaq gətirin.
Bir ovuc Cəbrayıldan
Bir ovuc Xankəndidən
Bir ovuc Ağdərədən
Çox şey istəmirəm sizdən zərrə qədər gözüm də yox,
Bu fünyanı azı -çoxu sizdə qalsın sözüm də yox,
Otuz illik həsrətimin əvəzinə bir ovuc torpaq istədim.
Şəhid verən ataların, anaların qarşısında 
O bir ovuc torpağıda istəməyə üzüm də yox.
Amma ,mənə bir ovuc torpaq gətirin.
Bir ovuc Zəngilandan,
Bir ovuc Füzulidən,
Bir ovuc da Laçından.




  
_______________________________________________
Teqlər:
Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər