logo

seirler.info

Oyaqdı

    (Nəriman Həsənzadə)

    Heç bilmirəm necə deyim, nə deyim, –
    Mən çaşmışam, inciyən sən, küsən sən.
    Bu görüşdən xəbərsizdi ürəyim,
    Elə bil ki, nə mən mənəm, nə sən sən.
    
    Sən dediyin mən deyiləm, bədəndi,
    Ötəridi duyğusu da, hissi də.
    Ürək yoxsa, o bilmirəm nədəndi,
    Birləşdirib ayıracaq bizi də…
    
    Bu dünyada bir dünyam var, narahat,
    Mən özüm də narahatam nə vaxtdı.
    Qolum üstdə sən yatırsan bu saat,
    Ürəyimdə başqası var, oyaqdı..
  
  
    ______________________________________________
    Teqlər: Nəriman Həsənzadə şeirləri, 
    Nəriman Həsənzadə oyaqdı şeiri,seir,
    oyaqdi seiri neriman hesenzade,şeir,
    şeirlər,neriman hesenzade seirleri,
    oyaqdı şeiri nəriman həsənzadə
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər