logo

seirler.info

Yanan pərvanə

    Pərvanə kimi mən bu gecə odlara yandım,
    Ey ş’m, sənin çevrənə şövq ilə dolandım.

    Baş əydi ürəkdən mənə göylərdəki ay da,
    Onda ki, səni mən günəşin yavrusu sandım.
    
    Gülşəndə bitən susəni gördüm, səni gördüm,
    Sünbülləri gördükdə sənin zülfünü andım.

    Gəl, sil gəlişinlə ürəyimdən bu qubarı,
    Yarım, sənə dönməzdi, dəyişməzdi bu andım.

    Tarınm, yuxuda gördüm onu, ah, bu nə röya,
    Dünya mənə cənnət olalı, cənnəti dandım.

    Gördüm ki, sevincdən dəxi bülbül də susarmış,
    Lalə dodağın qaçdı, gülüş sirrini qandım.
  
    Hurim, mələyim, gözlərimin nuri də sənsən,
    Səndən savayı dünyada hər şeydən usandım.
    
    Qumru oxudu Şəhriyarın nəğməsin əzbər,
    Sərvim, başına qumru kimi bir də dolandım.   
  
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər