logo

seirler.info

Səhər piyaləsi

    Saldı dirlik suyuna, Xızr səfa verdi mənə,
Mən fənadan lüt idim, gör nə bəqa verdi mənə.

Su idi, atəş, əzəl zənn eləyirdim yanıram,
Çırpdı torpaqlara o, badi-fəna verdi mənə.

Əbədi hüsnü-camala məni ayinə edib,
Pası ayinədən almaqla cila verdi mənə.

Gözümü bağladı ki, görməyim eyb ilə xəta,
Könlümü güzgü edib, qeybnüma verdi mənə.

Gəldi eşq sıtması, yandırdı həsəd atəşi qəlb,
Sevginin nazına əhsən ki, şəfa verdi mənə.

Bir səhər ay gözəlim əldə günəş tək qədəhi,
Gəldi təqdim elədi, zövqü səfa verdi mənə.

Vəst üçün verdi qərar badə sonunda mənə yar,
Sağərin xətti o dəm sirri-qəza verdi mənə.

Yarımı görməyim oldu mənə merac gecəsi,
Uçmağa quş qanadı - bali-Hüma verdi mənə.

Meyimi, sazımı, bu qüdsi-nəvamı bir eşit,
Gör ki, eşqin nə qədər şuri-nəva verdi mənə.

Şəhriyar, mən yenə himmət elimi üzmədim heç,
Şükr edib, söyləmərəm yar cəfa verdi mənə.


#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər