logo

seirler.info

Son həmlədə son dəfə məni görmək üçün qaç

    
    Son həmlədə son dəfə məni görmək üçün qaç,
Çarmıxdan asılmış kimiyəm dar ağacım xaç.
Gəl, gül,gülüşünlə bütün aləmlərə nur saç,
Artıq bükülüb bel, tökülüb diş, ağarıb saç.
Fəsli-xəzan olsa bir ağac yarpağı olmaz,
İnsanda qocaldıqca cavanlıq çağı qalmaz.

Gəl dərdi sən ilə bölüşüm,gəlməsin özgə,
Sevda bağını sənlə gəzərdik necə birgə.
Seçmişdik hələ bir ağacın altını kölgə,
Güllərdə salamlardı bizi cərgəbəcərgə.
Bir halda baxımsızdısa eşq oylağı  olmaz,
Viranə qalar indi məhəbbət bağı qalmaz.

Hər cəhd elədikcə tutum əllərni küsərdin,
Gözlərlə təmas halına gəldikdə əsərdin.
Yüz tərif edəndə səni, bir kəlmə kəsərdin,
Getmək zamanım çatdı deyib tez tələsərdin.
Gün batdı evə getməyim axşamçağı olmaz,
Axşamdı gedim çöldə qadın xeylağı qalmaz.

Qəlbində əsir eylədin,eşqimdi günahım,
Məhkuməm azadlıqçüm ümidsizdi sabahım.
Bağlandı,qıfıllandı qapım, olmadı rahım,
Yox xeyri desəm ki, məni azad elə şahım.
Sultanın ölüm hökmüsüz istintağı olmaz,
Bu öylə cinayətdi ki, sağ dustağı qalmaz.

Yar əhdimə sadiqliyimi qəlbimə gəl sor,
Sevda başımın tacı olub baxmamışam xor.
İman kim olar əhdə dönük, gözlər olar kor,
Allah tərəfindən sevilərmi elə nankor.
Sevdasına nankor olanın əxlağı olmaz,
 Müşkildi cəzasız o kəsin qalmağı qalmaz.

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər