seirler.info
Qayıt
(Nüsrət Kəsəmənli)
Sən getdin ömrümdən ilk bahar kimi,
Çiçəklər çəmənə çıxanda qayıt!
Həsrətin leysanı tükənməz daha,
Buludlar gözünü sıxanda qayıt.
Bir sevgi görmədim qəmsiz, cəfasız,
Hicranın ağırdı, dərdin dəvasız,
Bilmədin qədrimi, sən ay vəfasiz,
Həsrətin sonuma çıxanda qayıt.
Boylandım arxanca mən sözlü-sözlü,
Gah aşkar ağladım, gah da ki gizli,
Yerini boş görüb, bir mələküzlü,
Sevgiylə üzümə baxanda qayıt.
Uyma, hər nadannın sözünə, uyma,
Apar ürəyimi kəs qıyma-qıyma.
Məni yurdsuz qoyma, yuvasız qoyma,
Ayrılıq evimi yıxanda qayıt.
Adım ki, adınla qoşadır sənin,
Bilməzdim,ürəyin daşdandır sənin,
Hələ ki, ümidlər yaşadır məni,
Tənhalıq qəlbimi sıxanda qayıt...
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli , seirler ,
Nusret Kesemenli seirleri ,
qayıt şeiri , qayit seiri ,
Nüsrət Kəsəmənli qayıt şeiri ,
ayrılıq şeirləri , şeir ,
sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri