logo

seirler.info

Qayıt gəl

    (Rəşad Azəri)

    Bir ürək var, yanır sevgi adına,
    Möhtac qalıb məhəbbətin dadına.
    Salma məni tənhalığın oduna,
    Gözlərinə qurban olum, qayıt gəl...

    Bu həyatın acısına dözmüşəm,
    Enişini, yoxuşunu gəzmişəm.
    Çarəsizəm, bütünlüklə bezmişəm,
    Bağlanıbdır həyat yolum, qayıt gəl...

    Camalını milyon kərə sevmişəm,
    Çiçəyini dərə-dərə sevmişəm.
    Bu dünyanı sənə görə sevmişəm,
    Ömrüm şəkər, çiçək balım, qayıt gəl...

    Əsdir, Tanrım, ömrə bahar yelini,
    Uzat mənə mənsiz qalan əlini.
    İncitmərəm sevgi deyən dilini,
    Səninlə bir ömür qalım, qayıt gəl..



  
_______________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər