logo

seirler.info

Ürəyim ananı istəyir qızım

    (Nəriman Həsənzadə)

    Ürəyim ananı istəyir qızım,
    Sən yaşa, dünyada qəmsiz kədərsiz,
    Bir səs qulağıma döz deyir, qızım,
    Mən dözdüm, yaş ötdü məndən xəbərsiz.
    
    Qaşlarım qaradı, saçlarım ağdı,
    Təbiət şəkilimi çəkir yenidən.
    Hamı bu dünyada qocalacaqdı,
    Amma tək qocalmaq dərd verir hərdən.
    
    “Dağlar” deye-deye mən dağ aşmışam,
    Hanı tale dostum, ürəkdən gülən?!
    Dünyada yaşayıb dünyalaşmışam,
    Dünyayla düz gəlmir daha mən deyən.
    
    Daddim acısını şirin həyatın,
    Hələ bu acıdan doyan olmayıb.
    Qızım qardaşınla sən olmasaydın,
    Deyərdim dünyada anan olmayıb.
    
    Daha yaş artdıqca, səbrim azalır.
    Yaş aşdı…Neyləsin yaş əyir,qızım,
    Qadınsız ata da anasız, qalır
    Ürəyim ananı istəyir qızım...
  
  
  
    ______________________________________________
    Teqlər: Nəriman Həsənzadə şeirləri, 
    Nəriman Həsənzadə Ürəyim ananı istəyir qızım şeiri,
    ureyim anani isteyir qizim neriman hesenzade,
    şeirlər,şeir,neriman hesenzade seirleri,qizim şeiri
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər