logo

seirler.info

Sarı gəlin

(Sevinc Azadlı)

Xətrinə kim dəyib, kim incidibdir,
Nədir üzündəki qəm sarı gəlin?
Yoxsa bulud kimi dolan qəlbindən 
Gözlərin çəkibdir nəm sarı gəlin!

Bilirəm arzular var qatar-qatar,
İstəklər xəyalın qoynunda yatar,
Vaxt gələr intizar vüsala çatar,
Yetişər dediyin dəm sarı gəlin.

Boyun öz boyunu çinardan aldı,
Ay nurun dumduru üzünə saldı,
Təkcənə qismətin kənarda qaldı,
Sənə bəxt yazıldı kəm sarı gəlin.

Meh əsdi gül ətri bülbülə gəldi,
Şeh düşdü ləçəyə bir gilə gəldi,
Çaldı çoban qardaş ney dilə gəldi,
Bağrımı göynətdi bəm sarı gəlin.
 
03.12.2024
 



  
_______________________________________________
Teqlər:
Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər