logo

seirler.info

Səndən qabaq,məndən qabaq

    (Nəriman Həsənzadə)

    Əsli sevib,  Kərəm sevib,
    o göz yaşı, bu qəm sevib.
    Tarix boyu aləm sevib -
    səndən qabaq, məndən qabaq.
    
    Dan sökülür, yer oyanır,
    qaranlıqlar işıqlanır.
    Dan ulduzu göydə yanır -
    Aydan qabaq, gündən qabaq.
    
    Niyə sevənlər ağlayır?
    Baxtı yolunu bağlayır.
    Din bu eşqi günah sayır,
    Tanrı da var dindən qabaq.
  
  
    ______________________________________________
    Teqlər: Nəriman Həsənzadə şeirləri, 
    Nəriman Həsənzadə səndən qabaq,məndən qabaq şeiri,
    senden qabaq menden qabaq seiri,super sevgi seiri,
    Əsli sevib,Kərəm sevib,şeirlər,şeir,seirler