seirler.info
Səninlə bu dünya gözləldi mənə
(Elvin Elxanoğlu)
Səninlə bu dünyam gözəldi mənə,
Ay mənim günəşim, ay mənim ömrüm.
Səninlə hər günüm çox dəyərlidi,
Ay ömür bağçamda solmayan gülüm.
Varlığın ömrümə məna gətirdi,
Tanrının verdiyi sevgi payımsan.
Ürəyimdən keçən bir bu sətirdi:
“Şükürlər olsun ki, alın yazımsan”.
Günəşi gözündə görmüşəm sənin,
Qəlbimi isidir hər baxışında.
Tanrıdan istədim sevgi mələyi,
O, səni göndərdi yaz yağışında.
Ömrüm, bu həyatım sənlə gözəldi,
Sənsiz cənnət mənə cəhənnəm olar.
Bircə gün gözümdən uzağa getsən,
Gözlərim getdiyin yollarda qalar.
Elvinəm, arzumdu ulu Tanrıdan:
“Ürəkdən sevənlər heç ayrılmasın.
Sevənlər qovuşub xoşbəxt olsunlar,
Nakam sevgi deyə bir şey olmasın...”
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri