logo

seirler.info

Sənin xətrinə

    (Nüsrət Kəsəmənli)
    
Nə yazsam sevgidən yazır,
Qələm sənin xətrinə.
Hicrandan boynu bükülü,
Mənəm sənin xətrinə.

Yolumu duman bağlasa,
Köksümü həsrət dağlasa,
Gözlərimdə sel çağlasa,
Gülləm, sənin xətrinə.

Gəl yandırma dilin ilə,
Çox oynama könlüm ilə,
Son tikəmi sənin ilə,
Bölləm, sənin xətrinə.

Bilmirəm mələksən, nəsən,
Can verərəm, can istəsən.
Bircə kəlmə öl söyləsən,
Ölləm, sənin xətrinə. 


_____________________________________
Teqlər:  Nüsrət Kəsəmənli şeirləri , 
        Nusret Kesemenli sənin xətrinə ,
        Nusret Kesemenli seirleri ,
        sənin xətrinə , senin xetrine
        elvida demirem , ayrılıq şeirləri
        sevgi şeirləri , super şeir 
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər