logo

seirler.info

Sən oldun

    (Cabir Novruz)
    
    Bu sevgini öz əlinlə bəslədin,
    Anası da, balası da sən oldun.
    Özüm səni  harayladım səslədim,
    Dərdlərimin çarəsi də sən oldun.

    Sakit-sakit şer nəğmə ötürdüm,
    Tənha, yalqız öz yolumla gedirdim,
    Birdən-birə öz səmtimi itirdim,
    Belə anda xilasımda sən oldun…

    Nə çox idi seviləsi qız-gəlin,
    Hər yetənə baxıb məftun olmadım,
    Tale özü səni mənə yolladı,
    Qış ömrümün son yazı da sən oldun.

    Xəyal kimi hər gün girdin yuxuma,
    Nəfəs kimi axdın, doldun ruhuma,
    Əvvəl-əvvəl dərman oldun ruhuma,
    Axır dərdi, bəlası da sən oldun…



    ______________________________________________
    Teqlər: Cabir Novruz şeirləri, 
    Cabir Novruz sən oldun şeiri,şeir,seir,
    sen oldun seiri cabir novruz,şeirlər,
    şeirlər,cabir novruz seirleri,seirler