seirler.info
Sevə bilməzsən
(Nüsrət Kəsəmənli)
Hələ qəlbimizdə xatirə izi,
Hələ ayrılığın nəmlidir gözü,
Hələ ki sevirik bir-birimizi,
Başqa birisini sevə bilməzsən.
Gör neçə nəğmənin bəstəsi qalıb,
Bu ocaq sönübsə, tüstüsü qalıb,
Əlində əlimin istisi qalıb,
Başqa birisini sevə bilməzsən.
Incidib, qəlbimə dəyə bilmirsən,
Yolunu bir yolluq əyə bilmirsən,
Mənə "yox" sözünü deyə bilmirsən,
Başqa birisini sevə bilməzsən.
Il keçir, ömürdə xatirə qalır,
Bahar güllərimiz qönçədə solur,
Hələ ki gözlərin məni axtarır,
Başqa birisini sevə bilməzsən.
Axar gözümüzün yaşı qurumaz,
Deyirdik bu ilqar, peyman pozulmaz,
Belə sevə-sevə ayrılıq olmaz,
Başqa birisini sevə bilməzsən.
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli , seirler
Nusret Kesemenli seirleri ,
sevə bilməzsən şeiri ,
seve bilmezsen seiri ,
ayrılıq şeirləri , şeir
sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri