seirler.info
Mən səni sevəndə
(Nəriman Həsənzadə)
Mən səni sevəndə yaz havasıydı,
Neyləyim, taleyin gözü tökülsün.
Həyatım əlində quş yuvasıydı,
Quran özün oldun, uçuran özün.
Mən səni sevdim ki, yoldaş olasan,
Həyatın ən ağır, dar yollarında.
Demədim axırda bir daş olasan,
qədim qəbirstanda, yol kənarında.
Mən səni sevdim ki, yüyür, qaç, oyna,
Yenə seçilməsin ətrin bahardan.
Demədim təzədən gizlənpaç oyna,
Axşam yuxuma gir, səhər qaç ordan.
Yadıma nə düşür! - sənin ad günün
Biz qoca deyirdik, dünya təzəymiş
İli yox həyatda insan ömrünün
Anı da tarixidə bir hadisəymiş.
______________________________________________
Teqlər: Nəriman Həsənzadə şeirləri,
Nəriman Həsənzadə mən səni sevəndə şeiri,seirler,
men seni sevende seiri,neriman hesenzade sevgi seirleri,
Mən səni sevəndə yaz havasıydı,şeirlər,şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri