logo

seirler.info

Sevgi məhəbbət

(Aytəkin Səfərəliyeva)
    
Kitabın qatında qalmış kimiyəm
Sözlər ürəyimə sinibdir mənim.
Həriflər iz salıb ruhumun üstə
Suallar başıma kəsilib qənim.

Nidalar qarşımda həyacanlıdır,
Vergüllər ayırıb səninlə məni.
Suallar baş əyir sözlər önündə
Həyat nöqtə qoyur sevməyə səni.

Bezib əlifbada mənim əlimdən
Həriflər də gülür mənim günümə.
Mən dırnaq  içində eşq isdəmədim,
Mörtərizə qoydu həyat önümə.

Yazıb heca heca səni qəlbimə
Hər gecə oxuyub əzbərləyirəm.
Qoyub ürəyimin kitab rəfinə,
Səni cümlələrlə çəpərləyirəm.

Yazıb möhürləyib eşqi qəlbinə
Sevda qanunua uyub gedirəm.
Sevgi mətbəəmdə səni çap edib,
Bütün daxilimə təqdim edirəm.




  
_______________________________________________
Teqlər:
Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər